Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

 “Dahi xilaskar, böyük qurucu”  mövzusunda dəyirmi masa keçirilib

25.01.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Xoylu kənd Mədəniyyət Evində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubleyinə həsr olunmuş  “Dahi xilaskar, böyük qurucu”  mövzusunda dəyirmi masa keçirildi.

 Dəyirmi masada Xoylu kənd Kitabxana Filialı, Qaradağlı kənd Diyarşünaslıq Evinin və Şadılı kənd Klubunun əməkdaşları iştrak etmişdir.

İlk öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə Mədəniyyət işçisi Elçin Tağıyev açaraq Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, onun zəngin dövlətçilik təcrübəsindən, Heydər Əliyev ideyalarının Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb etdiyindən ətraflı bəhs etdi. 

Azərbaycan tarixinin 34 ili H.Əliyevin adı ilə bağlıdır. Belə ki, bu dövr ərzində Heydər Əliyev Azərbaycan dövlətini və millətini ən çətin məqamlardan çıxartdı. Ölkənin iqtisadi-siyasi və mədəni tərəqqisinə nail oldu. Yenicə müstəqqillik əldə etmiş ölkədə ictimai-siyasi sabitliyin yaranmasını, əhalinin sosial-rifahının yaxşılaşdırılmasını təmin etmək məqsədilə ölkədə geniş miqyaslı islahatların aparılması layihələrini hazırlayaraq həyata keçirərək müstəqil Azərbaycanı dünya birliyində inkişaf etmiş dövlətlər səviyyəsinə yüksəltdi.

Tədbirdə həmçinin çıxışlarında Mədəniyyət işçiləri bir daha vurğulandılar ki, Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyası dövrü müasir Azərbaycan cəmiyyətinin formalaşması vəzifələrinin uğurla və ardıcıl olaraq yerinə yetirilməsini özündə ehtiva edir. Heydər Əliyevin zəngin irsi nəinki bu gün, xüsusi ilə gələcək nəsillər üçün böyük önəm kəsb edir. Natiqlərin sözlərinə görə Ümummilli lider cəmiyyətə yeni düşüncə tərzi verdi, idarəçilik məktəbi yaratdı. Adı Azərbaycanın tarixinə dahi xilaskar və böyük qurucu kimi həkk edilən Heydər Əliyevin zəngin irsi, ideyaları və tövsiyələri müasir cəmiyyətimizin inkişafının nəinki ideya mənbəyi, habelə möhtəşəm səfərbəredici amildir.

 Ümummilli liderin təlatümlərdən çıxararaq qurub-yaratdığı Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm yüksəliş dinamikası nümayiş etdirir. 

Xilaskarlıq missiyasının yaratdığı quruculuq ab-havası yeni, müasir Azərbaycanın real siyasi və iqtisadi gerçəklərində təzahür edir.

 

226.2 KB